Trampın kiçik qardaşı xəstəxanaya yerləşdirildi – Nyu-Yorkdabackend

Trampın kiçik qardaşı xəstəxanaya yerləşdirildi - Nyu-Yorkda 

ABŞ prezidenti Donald Trampın kiçik qardaşı Robert Tramp Nyu-Yorkda xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ABC News telekanalı Ağ Evə istinadən yayıb.

Mənbə bildirir ki, bəzi mənbələr onu “çox xəstə” adlandırsalar da, vəziyyətinin təfərrüatları məlum deyil.

Prezident administrasiyasının sözçüsü Keyli Makinani ABC News-a Robertin xəstəxanaya yerləşdirilməsini təsdiqləyib və prezidentlə qardaşı arasında “çox yaxşı bir münasibət” olduğunu, Ağ Evin sahibinin daha sonra ətraflı məlumat verəcəyini bildirib.

Mənbələr prezidentin bu gün qardaşına baş çəkəcəyini də deyib.

1948-ci il təvəllüdlü Robert Tramp ABŞ prezidenti haqda kitab yazan qardaşı qızı Meri Tramp qalmaqalına görə mediada populyar olmuşdu.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*