“Nifrət, terror və şiddəti rədd edərək, səsimizi yüksəltməliyik”.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp sosial şəbəkədə qeyd edib. O, son günlər ABŞ-da baş verən silahlı hücumları qınayıb:
“Tanrı El Paso və Dayton xalqını, qurbanlarını və onların ailələrini şəfqətli qolları ilə qucaqlasın”.
İvankanın hücumlardan bəhs edərkən “terror” kəlməsini işlətməsi diqqət çəkib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərində baş verən silahlı hücumlar nəticəsində 30 nəfər həlak olub, xeyli insan yaralanıb.
Bu gün Çikaqoda törədilən iki terakt zamanı isə 9 nəfərin yaralandığı bildirilib.
