Trampın Türkiyədən qayıdarkən təyyarəsini dəyişməsinin SƏBƏBİ məlum oldu backend

Trampın Türkiyədən qayıdarkən təyyarəsini dəyişməsinin SƏBƏBİ məlum oldu 

ABŞ lideri Donald Tramp Türkiyəyə səfəri ərzində məxfi xidmətdən aldığı sui-qəsd xəbərdarlığı səbəbindən Qətərin bağışladığı “Boeing 747-8” əvəzinə əvvəlki “Air Force One” təyyarəsindən istifadə etmək məcburiyyətində qalıb.

KONKRET.az xəbər verir ki, bu məlumatı “New York Times” nəşri yayıb.

“ABŞ rəsmiləri iranyönümlü qruplaşmaların hücum ehtimalını real qiymətləndirdikdən sonra Tramp bu ay Türkiyəni tərk etməzdən öncə təyyarəsini dəyişdirib”, – deyə nəşrin materialında bildirilir.

Təyyarəni dəyişmək barədə qərar Böyük Britaniyanın şərq hissəsində yerləşən Mildenholl hərbi hava bazasında dayanacaq zamanı qəbul edilib.

Söhbət Qətər monarxiyası tərəfindən Birləşmiş Ştatlara hədiyyə olunan və dəyəri 400 milyon dollar təşkil edən “Boeing 747-8” hava gəmisindən gedir. Mətbuat nümayəndələrinin sözlərinə görə, bu rəqəm son 25 il ərzində ABŞ prezidentlərinə verilən bütün hədiyyələrin ümumi məbləğindən 100 dəfə yüksəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*