“Trendyol” və “Temu” üzərindən Azərbaycana gətirilən məhsulların keyfiyyəti ilə bağlı narazılıqlar artır.
Vətəndaşlar ya məhsulun fotodakı görüntüsündən fərqli formada çatdırılmasından, ya da qeyd olunan məlumatlar əsasında çatırdırılmamasından şikayətlənirlər.
Onlayn ticarətdə bu kimi halların baş verməsinin səbəbləri nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlayn sifarişlər zamanı keyfiyyətsiz məhsulların artımındakı səbəb tələbin təklifi üstələməsidir:

“Vətəndaşların bu səpkili şikayətləri çoxalıb. Azad İstehlakçılar Birliyinə də şikayətlər daxil olur. Şikayətlər əsasən reklamda olan mal ilə göndərilənin fərqli olması, rəng və ölçü fərqlərinin müşahidə edilməsidir. Bunun əsas səbəbi isə son zamanlar onlayn ticarətə kütləvi axının baş verməsidir, belə olduqda tələb təklifi üstələyir”.
Ekspert düşünür ki, belə neqativ hallar əhalini onlayn ticarətdən soyuda bilər. Bu isə vətəndaşların klassik alış-veriş formalarına geridönüşünə səbəb ola bilər:
“Təəssüflər olsun ki, dövlət orqanlarına edilən şikayətlər də nəticəsiz qalır. Müvafiq orqanlar istehlakçıların hüquqlarını qorumaqda çətinlik çəkirlər. Çünki bu, məsafədən satışdır. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar adətən metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman mala diqqətlə baxsınlar, iradları olduqları zaman malı dərhal geri qaytarsınlar”.
Aygün Mirakif,
KONKRET.az

Mən trentyolu dələduz kimi görmək istəmirdim,amma dələduzdurlar buna tam əminəm.
Trendyol nəvaxdan metroya sifariş gətirib?
Trendyol metroya gətirmir,ya qapıya, ya da karqo şirkətlərinə gətirir. Temu isə qapıya gətirir
Temudan gelen mallar coxda keyfiyyetlidir burda satilan mallardan. Camaati az azdirin fikirlerini qarisdirin. Onnansa daxili iqtisadiyyatin duzelmesine dair meseleleri bolusun belke bu nazirlerin ve diger gozu ac memurlatin manapoliyasina son qoyular. Az camaatin gibine girin.
Trendyoldan 3 məhsul sifariş etmişəm, sonradan ləğv etmək qərarına gəldim,pulumu geri tam qaytarmadilar, çatdırılma pulunu 280tl qaytarmadilar, operatorlarada başa salmaq olmur
Bu adamın elektron ticarətdən heç xəbəri yoxdur.
May ayında Trend yoldan Əlil arabam üçün iki ədəd arxa 3.00-8 razmerində təkər sifariş etmişdim. Təkərin biri 68 manata. 3 ay keçdi təkər gəlib çıxmadı. Bir başa sayıtdan özlərinə şikayətimi bildirdim. Və ödəniş etdiyim pulu geri qaytardılar. 1 həftə keçdikdən sonra sifarişimin Gömrük bəyannaməsi gəldi. Maraq üçün bəyənməni etdikdən bir neçə gün sonra Sms gəldi ki sifarişiniz qeyd etdiyiniz Poçta gəldi. İnanmadım. Şəxsiyyət vəsiqəsi ilə yaxınlaşdım gördüm həqiqətən də gəlib təkərlər. Amma hal bu ki Trend yol sifarişin pulunu geri vurmuşdular. Bir cüt təkər mənə pulsuz gəldi And olsun Allaha 🤣🤣🤣
May ayında Trend yoldan Əlil arabam üçün iki ədəd arxa 3.00-8 razmerində təkər sifariş etmişdim. Təkərin biri 68 manata. 3 ay keçdi təkər gəlib çıxmadı. Bir başa sayıtdan özlərinə şikayətimi bildirdim. Və ödəniş etdiyim pulu geri qaytardılar. 1 həftə keçdikdən sonra sifarişimin Gömrük bəyannaməsi gəldi. Maraq üçün bəyənməni etdikdən bir neçə gün sonra Sms gəldi ki sifarişiniz qeyd etdiyiniz Poçta gəldi. İnanmadım. Şəxsiyyət vəsiqəsi ilə yaxınlaşdım gördüm həqiqətən də gəlib təkərlər. Amma hal bu ki Trend yol sifarişin pulunu geri vurmuşdular. Bir cüt təkər mənə pulsuz gəldi And olsun Allaha
May ayında Trend yoldan Əlil arabam üçün iki ədəd arxa 3.00-8 razmerində təkər sifariş etmişdim. Təkərin biri 68 manata. 3 ay keçdi təkər gəlib çıxmadı. Bir başa sayıtdan özlərinə şikayətimi bildirdim. Və ödəniş etdiyim pulu geri qaytardılar. 1 həftə keçdikdən sonra sifarişimin Gömrük bəyannaməsi gəldi. Maraq üçün bəyənməni etdikdən bir neçə gün sonra Sms gəldi ki sifarişiniz qeyd etdiyiniz Poçta gəldi. İnanmadım. Şəxsiyyət vəsiqəsi ilə yaxınlaşdım gördüm həqiqətən də gəlib təkərlər. Amma hal bu ki Trend yol sifarişin pulunu geri vurmuşdular. Bir cüt təkər mənə pulsuz gəldi And olsun Allaha
Allah şəfa versin
Kimin xoşu gəlmir verməsin zakaz😒
Trendyolu deyə bilmərəm. Amma Temu çox əla şirkətdir. Mallar necə reklam olunur elə o cür də gəlir. Hətta bir dəfə belə bir hal oldu ki, göstərilən vaxtdan mallarımı 2 gün gec göndərdiyi üçün Temu üzrxaxlıq edərək mənə 3 azn pul ödədi.
Mən hələki heç bir problem görməmişəm. Bu burdakı işbazların çıxardığı söhbətdir.Görürlərki hammı ora axın edir alış veriş üçün. Qarşısinı belə almaq istəyirlər. Mən raziyam trendyoldan da,temudan da edilən sifarişlərdən.Əla kefiyyəti var məhsulların,qiymətləridə münasib.Pos olsa millət axın eləməz
temunun keyfîyyetine inans bilmediyim ucun ordan nese sifaris ede bilmirem.
trendyola guvenirdim tek oda uje agini cixardib sekilde başqa mehsul qoyub,basəa keyfiyyətsiz birini gönderirler.bununla bağlı asistana yazdım şikayetim redd olundu.
haram xoşları olsun pul
Salam men Temudan çox Eminem bu yaxında sifariş verdiklərim çox gözəl çıxmışdı mən Temudan əminəm.
Temu çox seviyyesiz malları baha qiymete getirir.150 manatlıq sifariş verdim hamısı atılmalı. Trendyol ise qiymetleri çox qaldırıb. Bakıda mollarda daha ucuz ala bilerik
Sizə nə dəxlisi var axı. Mən alıram peşmanda deyiləm. Özüvüzü bütün dünyaya Türkiyə kimi biyabr qəti eleməyin.. Dünən sizi tərifləmişəm ki bizim ölkə belə eləməz deyə.. İstifadə eleyirəm hələdə peşman olmamışam.
Mən şəxsən Trendyol xaric hamısından razıyam
Trendyoldan tshirt sifariş ettim kepka gönderdiler. Mehsulu iade ettim pulu qaytarmadılar. Artıq sifariş etmireem