Türk dünyasının tanınmış xadimi Tokayevi dəstəklədi – MÖVQEbackend

Türk dünyasının tanınmış xadimi Tokayevi dəstəklədi - MÖVQE

“Biz Qazaxıstan Respublikasının Prezidenti, Təhlükəsizlik Şurasının sədri, Ali Baş Komandan Kasım-Jomart Tokayevin qərarlarını tam dəstəkləyirik!”.

KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxaıq Türk Akademiyasının prezidenti Dərxan Kıdırəli facebook səhifəsində yazıb.

Tanınmış ixtimai xadim öz mövqeyini bildirərərk yazıb: “Lider gördü ki, küçə problemini küçədə həll etmək olmaz. Çünki etirazlar üsyana, tətilə çevrildi! Ölkədə kritik bir zamanda təxribat törədənlər ciddi şəkildə cəzalandırılmalıdır!”

Qeyd edək ki, digər ictimai fəal, dünyagörüşü ilə türkçü kimi tanınan Əskər Kumıran da Tokayevi dəstəkləyən mövqe sərgiləyib: “Ürəyinizə və Prezidentimizə qulaq asın! Hazırda xilasetmə əməliyyatı davam etdirilir. Liderimiz bütün məsuliyyəti öz üzərinə götürür və ölkəni xilas etmək üçün bütün vasitələrdən istifadə edir. Qazaxların tarixində daha çətin dövrlər olub, biz hər şeydən keçmişik, daha çox keçəcəyik.

Əsas odur ki, Prezidentin yanında olaq, ölkəmizin sabitliyinə, inkişafına öz töhfəmizi verək. Bu, hər birimizin vətəndaşlıq borcudur və gələcək nəsillərə mirasdır”.

  • yusif
    Yanvar 9, 2022 - 13:28

    xalqı deyil, onun qatilini….

yusif üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*