Ağstafada qəza: xəsarət alanlar var – VİDEObackend

Ağstafada qəza: xəsarət alanlar var – VİDEO

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” ilə digər avtomobil toqquşub.

Qəza zamanı 1970-ci il təvəllüdlü Çingiz Mustafayev,1980-ci il təvəllüdlü Elmar Rəhimov və Abidin Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*