SON DƏQİQƏ: Tramp qərar verdi – Bu iki ölkəni sərt cəzalandıracaqbackend

SON DƏQİQƏ: Tramp qərar verdi - Bu iki ölkəni sərt cəzalandıracaq

ABŞ-da İranla müharibədə Vaşinqtona dəstək verməyə hazır olmayan NATO müttəfiqlərinə qarşı mümkün addımlar müzakirə edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, yüksək vəzifəli rəsmilər arasında yayılan qeyri-rəsmi sənəddə bəzi Avropa ölkələrinin ABŞ Hərbi Hava Qüvvələrinə öz ərazilərində yerləşən bazalardan istifadə etməyə icazə verməməsindən narazılıq ifadə olunub.

Təklif olunan variantlar arasında İspaniyanın NATO üzvlüyünün müvəqqəti dayandırılması və ABŞ-ın Folklend (Malvin) adaları ilə bağlı mövqeyinə yenidən baxması da var. Bildirilir ki, xüsusilə İspaniya hökumətinin İranla müharibəni kəskin tənqid etməsi bu ölkəyə qarşı simvolik addımların atılmasını gündəmə gətirib.

Bununla belə, ABŞ-ın belə bir qərarı NATO çərçivəsində necə həyata keçirə biləcəyi aydın deyil.

Sənəddə həmçinin “problemli” hesab olunan ölkələrin nümayəndələrinin NATO daxilində mühüm və nüfuzlu vəzifələrdən uzaqlaşdırılması təklif edilir.

Agentliyin mənbəsinin sözlərinə görə, bu tədbirlər Avropa müttəfiqlərinə “imtiyazlılıq hissinin zəiflədilməsi” və ABŞ-la əməkdaşlıqda daha fəal mövqe tutmalarına çağırış məqsədi daşıyır.

Xatırladaq ki, daha əvvəl Politico nəşri də ABŞ administrasiyasının İranla bağlı siyasətdə Vaşinqtonu dəstəkləməyən NATO ölkələrinin siyahısını hazırladığını və onlara qarşı tədbirlərin nəzərdən keçirildiyini yazmışdı.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*