1 milyon dollarlıq “Qızıl kartı” yalnız 1 əcnəbi ala bildibackend

1 milyon dollarlıq “Qızıl kartı” yalnız 1 əcnəbi ala bildi

ABŞ Prezidenti Donald Trampın 1 milyon dollarlıq investisiya müqabilində daimi yaşayış imkanı qazandıran “Qızıl kart” viza proqramı çərçivəsində yalnız bir əcnəbinin ərizəsi təsdiqlənib.

KONKRET.az Associated Press-ə istinadla xəbər verir ki, bu faktı Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik Konqresdəki dinləmə zamanı açıqlayıb.

Onun sözlərinə görə, yüzlərlə əcnəbinin müraciətləri nəzərdən keçirilir. Daxili Təhlükəsizlik Nazirliyi namizədləri son dərəcə dəqiqliklə yoxlayır və onlar sənədlərin emalı üçün 15 min dollar ödəyir.

Ərizələrin qəbuluna 2025-ci ilin dekabrında başlanılıb. Lakin bundan əvvəl bildirilmişdi ki, proqram qeyri-adi qabiliyyətə malik və ya ABŞ-nin maraqları baxımından dəyərli saylan şəxslər üçün nəzərdə tutulan EB-1 və EB-2 viza kateqoriyalarını əvəz etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*