Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədə oğlu Adamın iştirak etdiyi görüntüləri paylaşıb.
KONKRET.az xəbər verir ki, Kadırovun Teleqram kanalında yayımlanan videoda Adam Kadırov zabit epoletləri olan forma geyimində və xüsusi təyinatlı dəstənin üzvləri ilə birlikdə əks olunub. Kadırov bu hərbçiləri “əsl ölümə gedənlər” kimi təqdim edib.
Kadrlarda xüsusi təyinatlıların say düzülüşü, üzərində sayrışan işıqlar olan avtomobillər və Türkiyə istehsalı “Kirpi” zirehli texnikaları görünür.
Adam Kadırov atasına zirehli maşınlardan birinin salonunu nümayiş etdirir, həmçinin bir neçə şüar səsləndirir.
Diqqətçəkən məqamlardan biri isə avtomobillərin nömrə nişanlarında “13” rəqəminin yer almasıdır. Bu rəqəmin Çeçenistan rəhbərinin oğlu tərəfindən tez-tez istifadə olunduğu bildirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
