TƏCİLİ: ABŞ xeyli sayda raket və döyüş sursatlarını bu əraziyə cəmləşdirdi – Hücum olacaq?backend

TƏCİLİ: ABŞ xeyli sayda raket və döyüş sursatlarını bu əraziyə cəmləşdirdi - Hücum olacaq?

ABŞ-ın İranla müharibə zamanı geniş həcmdə müasir döyüş sursatlarından istifadə etməsi ölkənin hərbi ehtiyatlarının ciddi şəkildə azalmasına və döyüş hazırlığı ilə bağlı narahatlıqlara səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.

Məlumata görə, fevral ayının sonundan etibarən ABŞ qüvvələri təxminən 1100 ədəd JASSM-ER tipli qanadlı raketdən istifadə edib. Hər birinin dəyəri təxminən 1,1 milyon dollar olan bu raketlərdən hazırda ehtiyatda cəmi 1500 ədəd qaldığı bildirilir.
Bundan əlavə, ABŞ ordusu 1000-dən çox “Tomahawk” raketi, 1200-dən artıq “Patriot” zenit-raket kompleksi üçün raket (hər biri 4 milyon dollardan baha), həmçinin 1000-dən çox ATACMS və Precision Strike raketi buraxıb.

Yalnız münaqişənin ilk iki günü ərzində istifadə olunan sursatların ümumi dəyərinin təxminən 5,6 milyard dollar olduğu qeyd olunur. Hesabatda bildirilir ki, əməliyyatları davam etdirmək üçün Pentaqon Avropa və Asiyadakı ehtiyatlardan silah və hərbi sistemləri Yaxın Şərqə yönləndirib. Bu isə hər iki regionda hərbi hazırlıq səviyyəsinin azalmasına səbəb olub.

Xüsusilə, Avropada bu addım NATO-nun şərq cinahı üçün vacib ehtiyatların tükənməsinə, həmçinin pilotsuz uçuş aparatlarının təlim və istifadəsində məhdudiyyətlərə gətirib çıxarıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*