Türkiyə 221 podratçı ilə bağlı ARAŞDIRMA APARIRbackend

Türkiyə 221 podratçı ilə bağlı ARAŞDIRMA APARIR

Türkiyə hökuməti ölkədə baş verən zəlzələlər nəticəsində yaşayış binalarının dağılmasına görə 221 podratçı ilə bağlı araşdırma aparır.

KONKRET.az xəbər verir ki, bu barədə  TRT telekanalı Türkiyənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda 30-a yaxın şəxs həbs edilib, 150 nəfər saxlanılıb və ya ev dustaqlığındadır.

Qeyd edək ki, Kahramanmaraşdan olan podratçı şirkət rəhbəri qayıqla ölkəni tərk etmək istəyərkən Marmaris yaxınlığında dənizdə saxlanılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Güclü yeraltı təkanlardan sonra bölgədə yüzlərlə afterşoklar qeydə alınıb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 36 187 nəfər ölüb, 108 068 nəfər yaralanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*