Türkiyə “Bahar qalxanı” əməliyyatını bəyan etdibackend

Türkiyə “Bahar qalxanı” əməliyyatını bəyan etdi

Türkiyə Suriyanın İdlib vilayətində “Bahar qalxanı” əməliyyatı keçirdiyini rəsmən bəyan edib.

KONKRET.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ölkənin Müdafiə naziri Hulusi Akar 27 fevralda başladılan əməliyyatın uğurla davam etdirildiyini bildirib.

Onun sözlərinə görə, indiyədək 1 PUA, 8 helikopter, 203 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi və 2212 rejim hərbçisi məhv edilib.

“Rusiya ilə qarşı-qarşıya gəlmək kimi nə niyyətimiz, nə də məqsədimiz var. Məqsədimiz rejimin qətliama son verməsinə nail olmaqdır”- deyə o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*