“Türkiyə Ermənistanı heç vaxt TƏHDİD ETMƏYİB” – Erməni deputatbackend

"Türkiyə Ermənistanı heç vaxt TƏHDİD ETMƏYİB" - Erməni deputat

Erməniı deputat Türkiyənin Ermənistanı heç vaxt təhdid etmədiyini deyib.

KONKRET.az xəbər verir ki, Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Qurgen Arsenyan bəyan edib ki, Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib.

“Rusiyanın Türkiyə ilə sərhəddə hərbi mövcudluğu Türkiyəyə qarşı yönəlmiş hərbi təhdiddir.

Əgər hansısa ölkədə üçüncü tərəfin hərbi mövcudluğu varsa və bu, Türkiyədən gələn təhlükə ilə izah olunursa, demək lazımdır ki, Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib.

Türkiyənin Ermənistan müstəqillik əldə etdikdən sonra onu nə vaxtsa təhdid etdiyini sübut edən heç bir faktımız yoxdur”, – deyə Arsenyan bildirib.

Ona görə də Rusiya qoşunları ölkəni tərk edərsə, Ermənistan “Türkiyə də daxil olmaqla, heç bir təhlükə yaratmayan ölkəyə çevriləcək”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*