Türkiyənin Diyarbəkir bölgəsinin meri Serra Bucak məşhur erməni müğənni Aram Tiqranın vəfatının 17-ci ildönümündə hökumətə müraciət edib.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, o, Tiranın cəsədinin qalıqlarının Diyabəkirə gətirilərək orada dəfn edilməsini istəyib.
Mer bildirib ki, bu, Tiqranın son arzusu idi və Diyabəkirdə xüsusi hörmət, ehtiramla dəfn olunmalıdır. Bölgədə yaşayan bəzi kürdlər də merin çağırışına dəstək verib.
Qeyd edək ki, “Yaxın Şərqin bülbülü” adlandırılan Aram Tiqran 1934-cü ildə Suriyada anadan olub. O, 20 yaşından musiqi ilə məşğul olub, erməni, kürd, türk, ərəb, yunan dillərində mahnılar oxuyub. Əsasən erməni dilindən kürdcəyə, kürdcədən də ermənicəyə tərcümələrlə ifalar səsləndirib. Onun cəsədi Brüsseldə dəfn edilib. Türkiyə hökuməti Diyabəkirdə dəfn olunmasına icazə verməyib, lakin yerli əhali onun üçün simvolik dəfn mərasimi keçirib, qəbir qazılıb. Məzarından götürülən torpaq Brüsseldəki həqiqi qəbrinə aparılıb.

