Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iki ölkə arasında 2022-ci ildən etibarən davam edən normallaşma prosesi çərçivəsində atılan addımlar nəticəsində birbaşa ticarətin başlanmasına dair hazırlıqlar 2026-cı il mayın 11-də tamamlanıb.
Eyni zamanda qeyd olunub ki, iki ölkə arasındakı sərhədin açılmasına yönəlik işlər hazırda davam etdirilir.
