Türkiyə ilə matçda Ermənistan himni belə qarşılandı – VİDEObackend

Türkiyə ilə matçda Ermənistan himni belə qarşılandı - VİDEO

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları keçirilir. Bu dəqiqələrdə Türkiyə millisi də D qrupu çərçivəsində Ermənistan yığmasını qəbul edir.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, matçın start fitindən əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Əskişəhərdə keçirilən matçda yerli azarkeşlər Ermənistan himnini fitə basıb. Fit səsindən rəqib komandanın himni eşidilməyib.

Qeyd edək ki, bu komandalar arasında İrəvanda keçirilən matçda ermənilər Türkiyə himnini fitə basmışdı. Türkiyəli fanatlar da bu addıma cavab veriblər.

Həmin anın videosunu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*