Türkiyəli köşə yazarı və analitik Əhməd Sandal məsələsi ilə bağlı son hadisələrə toxunub.
Mövcud vəziyyəti təhlil edən türkiyəli analitik yazır ki, “Zəngəzur dəhlizi” Türkiyə üçün çox önəmlidir və bu, Azərbaycanla birbaşa əlaqə yaradacaq, onun vasitəsilə Türkiyə Orta Asiyanın türk respublikaları ilə əlaqə quracaq.
Əhməd Sandalın fikrincə, İranı “Zəngəzur dəhlizi”nə qarşı çıxaran da məhz bu son haldır.
“Türkiyənin regionda ən böyük rəqibi İrandır. Türkiyəyə İraq və Suriyada problem yaradan İran, “Zəngəzur dəhlizi” məsələsində də eyni şeyi edəcək”, – deyə analitik vurğulayıb.
Əhməd Sandal qeyd edib ki, Tehranla müharibə Ankaranın xeyrinə olmayacaq və Türkiyə hər vasitə ilə müharibəyə girməkdən çəkinməlidir, çünki bundan İsrail və ABŞ faydalanacaq.
“Türkiyə 200 ildir İranla müharibə etmir. Biz bunu nəzərə almalı və İranla gərginlikdən uzaq olmalıyıq”, – Sandal bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az