“Türkiyə İsveç və Finlandiyanın daxil olmasına mane olduğu üçün NATO-dan çıxarıla bilər” – KİVbackend

"Türkiyə İsveç və Finlandiyanın daxil olmasına mane olduğu üçün NATO-dan çıxarıla bilər" - KİV

“Türkiyə İsveç və Finlandiyanın daxil olmasına mane olduğu üçün NATO-dan çıxarıla bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalının köşə yazarı David Andelman fikir bildirib. O deyib ki, Türkiyə alyansın Finlandiya və İsveç hesabına genişlənməsinin qarşısını aldığı üçün NATO üzvlüyünü itirə bilər.

Andelmanın sözlərinə görə, xüsusilə Ankara Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı çoxlu fikirlər olub. Eyni zamanda o vurğulayıb ki, alyansın belə bir addımı baha başa gələ bilər, çünki bu, strateji əhəmiyyətli regionda mövqelərin zəifləməsinə gətirib çıxaracaq.

“NATO-da çox az adam ola bilər ki, ABŞ-dan sonra ən böyük daimi ordunu, xüsusən də strateji Bosfor boğazına nəzarət edən və Qara dənizə çıxışı olan ordunu  itirmək riskini istəsin”, – Andelman deyib.

Jurnalist onu da qeyd edib ki, Harvard professoru, Kennedi İdarəetmə Məktəbinin dövlətdaxili münaqişə proqramının təsisçisi Robert İ.Rotberqin fikrincə, demokratik yanaşmalara sadiqliyin bəyan edilməsinə baxmayaraq, NATO üçün yekdil qərar qaydası köhnəlib.

Müşahidəçi professorun sözlərindən sitat gətirib: ““Yekdilik” qaydası əvvəldən axmaq idi və indi ona yenidən baxmağın vaxtıdır”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*