Türkiyə kəşfiyyatı PKK-nın rəhbər şəxslərindən birini MƏHV ETDİbackend

Türkiyə kəşfiyyatı PKK-nın rəhbər şəxslərindən birini MƏHV ETDİ

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbər şəxslərindən birini zərərsizləşdirib.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, 1991-ci ildə PKK-ya qoşulan Hatice Hezer İraqın şimalındakı Süleymaniyə şəhərində məhv edilib.

Qeyd edək ki, Hezer 2004-cü ildə PKK-nın qadın təşkilatı PJAK-da Erməni terrorçularının lideri olub. O, 2017-ci ildən Suriyada terror fəaliyyətini davam etdirib.

Terrorçu keçmiş HDP Van millət vəkili Tuğba Hezer Öztürkün bacısıdır. Onun qardaşı da 1998-ci ildə təhlükəsizlik qüvvələri ilə qarşıdurmada zərərsizləşdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*