Türkiyənin Muğla vilayətində Marmarisdə meşəni yandırmaqda şübhəli bilinən şəxs həbs edilib.
KONKRET.az “ntv.com.tr” nəşrinə xəbər verir ki, hüquq-mühafizə orqanları həmin şəxsin kimliyini müəyyən edərək onu saxlayıb.
Saxlanılan 34 yaşlı S.A. iki kanistir benzinlə tutulub. O, sorğu-sual zamanı meşəni yandırdığını etiraf edib. Dindirilmə zamanı məlum olub ki, şübhəli S.A. atası ilə ailə problemləri olduğunu və bu səbəbdən yanğın zonasında 3 fərqli nöqtədə meşəni yandırdığını deyib.
Həmçinin S.A. özünü yandıraraq intihar etmək istədiyini bildirib.
Roman Göytürk,
KONKRET.az