Türkiyə turistlərin diqqətini çəkən “Tombili” hekayəsi – FOTObackend

Türkiyə turistlərin diqqətini çəkən "Tombili" hekayəsi - FOTO

Türkiyədə oğurlanan pişik heykəli hələ də turistlərin marağına səbəb olur. Onun haqqında hekayələr isə bütün ölkə boyu eşidilir. Türkiyənin İstanbul şəhərinin Kadıköy bölgəsində Tombili adlı pişik pilləkənlərdə rahat oturub insanları izləmək bacarığı, həm də mehriban xasiyyəti ilə tanınmışdı.

KONKRET.az xəbər verir ki, 2016-cı il avqustun əvvəlində Türkiyədə məşhurlaşan Tombili adlı pişik vəfat etdikdən sonra 17 000 insan onun xatirəsini yad etmək üçün petisiya imzalamışdı.

Qeyd edək ki, yerli heykəltəraş Seval Şahin pişiyin məşhur pozasını canlandıran balaca heykəl hazırlamışdı. Lakin bir neçə ay sonra heykəl oğurlanıb və ictimaiyyətin etirazına səbəb olmuşdu. Bir türk siyasətçinin “Tombili heykəlini oğurladılar. Onlar gözəl olan hər şeyin düşmənidirlər. Onlar ancaq nifrət, göz yaşları və müharibəni bilirlər” deməsi pişiyin qaytarılmasına səbəb olmuşdu.

Yeri gəlmişkən, Türkiyədə dolu, şişman və sevimli ev heyvanlarına Tombili adı verilir.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*