Türkiyə Səudiyyə Ərəbistanının Ciddə görüşündən sonra Ukrayna üzrə məsləhətləşmələrin üçüncü mərhələsinə ev sahibliyi edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yazıb.
Nəşrin məlumatına görə, növbəti iclas oktyabr ayına planlaşdırılıb. “Hürriyet” qeyd edir ki, “Türkiyə üçüncü tura ev sahibliyi etsə, təəccüblənməməliyik”.
Qeyd edildiyi kimi, Ankara münaqişənin bütün tərəfləri ilə açıq və aydın danışa bilən ölkə olduğu üçün bu təşəbbüslərə hərtərəfli dəstək verir.
Sevinc Paşayeva,
KONKRET.az
