Türkiyə və Ermənistan sərhəd körpüsünü birgə təmir edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.
O deyib ki, Ermənistan və Türkiyə sərhəd körpüsünü təmir edəcək,
Mirzoyan Ermənistanın regionda sülhün bərqərar olmasına, Türkiyə ilə münasibətlərin tam şəkildə normallaşdırılmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına hazır olduğunu və istəyini təsdiqləyib.
“Bildirmək istəyirəm ki, biz bu prosesdə müəyyən detalları müzakirə etdik. Bizim Ani körpüsünün birgə bərpası, eləcə də sərhədin tam açılması ərəfəsində müvafiq infrastrukturun qayğısına qalmaq barədə razılaşmamız var”, – Mirzoyan deyib.

Xuraman Etibarlı,
KONKRET.az
