Türkiyədə 50 xəstəxana işçisi yeməkdən ZƏHƏRLƏNDİbackend

Türkiyədə 50 xəstəxana işçisi yeməkdən ZƏHƏRLƏNDİ

Türkiyədə 50 nəfər xəstəxana işçisi zəhərlənib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Tokat Qaziosmanpaşa Universiteti Xəstəxanasında baş verib.

50 xəstəxana işçisi yeməkxanada naharda ət dönəri və düyü yeyib, ayran içib.

Az sonra ürəkbulanma və qusma yaşayan işçilər xəstəxananın təcili yardım şöbəsinə müraciət ediblər.

Sadə qida zəhərlənməsi şübhəsi ilə müalicə olunan işçilərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*