Türkiyədə ağır yol qəzası oldu – Üç nəfər öldübackend

Türkiyədə ağır yol qəzası oldu - Üç nəfər öldü

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Dənizli-Antalya magistralında baş verib.

Dənizli istiqamətində hərəkətdə olan yanacaqdaşıyan avtomobilin sürücüsü idarəetməni itirib.

Bu vaxt o, qarşı zolaqdan gələn 30 yaşılı Nurəddin Tuncerin idarə etdiyi avtomobillə toqquşub.

Hadisədən sonra yük avtomobili minik maşınını yol kənarındakı torpaq yığınına qədər sürüyərək dayanıb.

Qəzada minik avtomobilinin sürücüsü, atası və həyat yoldaşı dünyasını dəyişib. İki nəfərin isə ağır yaralandığı deyilir.

Hadisəyə səbəb olan yanacaqdaşıyan avtomobilin sürücüsü saxlanılıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*