Avqustun ortalarında yoxa çıxan rusiyalı turist Natalya Somolovanın meyiti Türkiyədə tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Bundan əvvəl Moskva yaxınlığındakı korlar məktəbinin direktor müavininin Marmarisdə tək istirahət etdiyi bildirilirdi. İtkin düşməsi ərəfəsində o, yaxınlarına gəmidəki ekskursiyadan bir fotoşəkil göndərib. Bu, onun sonuncu mesaj olub.
İki gün sonra qadın Moskvaya qayıtmalı idi, lakin onunla əlaqə kəsildikdən sonra qohumları həyəcan təbili çalıblar.
Qohumların xahişi ilə otel işçiləri turistin otağına daxil olublar, boş olduğu ortaya çıxandan sonra axtarış başlayıb.
Sonradan müəyyən edilib ki, qadın avqustun 17-də səhər saatlarında idman geyimində oteli tərk edib və onun məşhur yerli marşrut olan Kariyskiy cığırı ilə qaçdığı ehtimal edilir.
Mash xəbər verir ki, itkin düşən rus qadının cəsədi “Qara dəniz sahillərində tapılıb”. Digər təfərrüatlar hələlik verilməyib.
Aysu İbrahimova,
KONKRET.az