Türkiyədə stadion yandırıldıbackend

Türkiyədə stadion yandırıldı

Türkiyənin Tekirdağ şəhərinin Çorlu bələdiyyəsinin stadionunda yanğın baş verib. 

KONKRET.az xəbər verir ki, yanğın Ümumi Bəsri stadionunun tribunasında başlayıb.

Alov qısa müddətdə geniş sahəni əhatə etsə də, yanğınsöndürənlər tərəfindən qarşısı alınıb.

Hadisənin qəsdən törədildiyi ehtimal edilir. Hadisə ilə bağlı araşdırma başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*