Türkiyədən gələn həkimlər bu xəstəxanalarda çalışacaqlar – SİYAHIbackend

Türkiyədən gələn həkimlər bu xəstəxanalarda çalışacaqlar - SİYAHI

Türkiyədən gələn həkimlərin Bakıda çalışacaqları xəstəxanalar məlum olub.

KONKRET.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, xəstəxanada həkimlər eyni vaxtda çalışmağa başlayacaqlar:

“Yeni açılışı olan “Yeni klinika” Tibb mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında çalışacaqlar.“Yeni klinika”da 100-dən çox xəstə var”.

Sədr qeyd edib ki, Azərbaycanın müasir infrastruktura malik tibb müsəssisələri var:

“Burada gənc həkimlərin çalışması üçün hər şərait var. Xaricdə təhsil almış, eyni zamanda, rezidenturanı yüksək səviyyədə başa vurmuş həkimləri dövlət səhiyyə sisteminin içərisinə interqasiya edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*