Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.
KONKRET.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı deputat özü açıqlayıb.
Onun sözlərinə görə, iki qardaşı, onların həyat yoldaşları, bacısı və onun həyat yoldaşı və övladları dağıntılar altında qalıb.
Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. AFAD-ın məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb.