Türkiyənin energetika naziri Bakıya səfər edəcəkbackend

Türkiyənin energetika naziri Bakıya səfər edəcək

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz sabah baş tutacaq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etmək üçün Bakıya səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat verib.

Qeyd edək ki, F. Dönmezin səfəri çərçivəsində Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson da daxil olmaqla bir çox ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur. O, həmçinin fevralın 14-də keçiriləcək İstanbul Qaz Zirvəsinə həmkarlarını və sektor nümayəndələrini dəvət etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*