Türkiyənin köməyi ilə İranın İsrail hədəflərinə qarşı böyük terror hücumunun qarşısı alınıb.
KONKRET.az xəbər verir ki, məlumatı İsrail rəhbərliyinin yüksək rütbəli nümayəndələri də təsdiqləyiblər.
İsrail təhlükəsizlik qüvvələri Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə birlikdə İran strukturları tərəfindən həyata keçirilməsi planlaşdırılan böyük terror aktının qarşısını alıb. Bazar günü, iyunun 12-də məlum olduğu kimi, hücumun hədəfləri İsraillilər və ya İsrailin Türkiyədəki obyektləri olmalı idi.
İsrail rəhbərliyi əməliyyatın təxminən bir ay əvvəl baş verdiyini və İsrail və Türkiyə kəşfiyyat xidmətlərinin tam əməkdaşlığı ilə həyata keçirildiyini təsdiqləyib.
İranın terror hücumları təhlükəsinin son vaxtlar kəskin şəkildə artdığını təsdiqləyən yüksək rütbəli İsrail rəsmisi “Bu sahədə vəziyyət son həddə qədər gərgindir” deyib.
Qarşısı alınan hücum, İsrail Milli Təhlükəsizlik Şurasının mümkün terror hücumları qorxusuna görə, Türkiyəyə səfər təhlükəsi ilə bağlı fövqəladə xəbərdarlıq etməsindən təxminən iki həftə sonra baş verib.
Bəzi məlumatlara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) elit hissəsi olan Qüds Qüvvələrində təxribat bölməsinin rəis müavininin qətlinə görə “cavab əməliyyatı” keçirməyə cəhd edə bilərdi.
İsrail baş nazirinin ofisi daha sonra bildirib ki, təhlükəsizlik qüvvələrinin məlumatlarına görə, Türkiyədə və İranla həmsərhəd olan digər ölkələrdə olan israillilər üçün dərhal təhlükə yaranıb.
Milli Təhlükəsizlik Şurası israilliləri bu dövlətlərə səfər edərkən ayıq olmağa və lazımi ehtiyat tədbirlərinə əməl etməyə çağırıb.
Milli Təhlükəsizlik Şurasının (MALAL) bəyanatında deyilir:
“Həftələrdir, xüsusən Tehran bir SEPAH zabitinin öldürülməsində İsrail kəşfiyyatını günahlandırdıqdan sonra, bütün dünyada israillilərə qarşı mümkün terror hücumları qarşısında təhlükəsizlik güclərində qorxu artıb”.
Hələlik İsrail vətəndaşları üçün rəsmi tövsiyə, səfər vacib sayılmadığı təqdirdə Türkiyəyə səfərdən çəkinmələri, ölkəyə gedənlərin isə həddindən artıq sayıqlıq və ehtiyat tədbirlərinə əməl etmələridir.
Xatırladaq ki, son həftələr İranda bir neçə alim və ekspert, eləcə də SEPAH-ın zabitləri dünyasını dəyişib.
Xuraman Etibarlı,
KONKRET.az
