Türkmənistan Türkiyənin təklif etdiyi qırmızı TOGG avtomobilindən imtina edir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Konyaaltıda TOGG sərgi sahəsinə səfəri zamanı deyib.
Türkmənistan Türkiyədən ağ rəngli TOGG elektrik avtomobilləri göndərməsini istəyib.
Çavuşoğlunun sözlərinə görə, o, ağ rəngli avtomobillər istəyən Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla telefonla danışıb.
“Dedim ki, əlimizdə qırmızı maşınlarımız var, ehtiyacınız varsa, onları indi göndərə bilərik. Ağlar bir aya hazır olacaq, sonra onları sizə göndərərik”, – deyə nazir bildirib.
Türkmənistan ağ elektrik avtomobilləri gözləməyə hazır olduğunu bildirib, çünki ölkədə ağ rəngə tələbat çoxdur.
Xuraman Etibarlı,
KONKRET.az

Bu lap ağ oldu!😄Türkmən qardaşlar sülh göyərçinləridir.
Oxuycu diqqəti cəlb etmək ücün Respublikamızda yazarların 99.9%_i pravosiya xarakterli başlıqlar secir. Hərif səhvlərinin isə həddi, hüdudu yoxdur.
Sadəcə onu bilmək lazımdır ki Türkmənistanda ağ rəngli maşınlardan başa bütün rəngli maşınların ölkəyə gətirilməsi qadağandır. Və Türkmənbaşı bu qadağanı pozmaq istəmir