Üç güləşçimiz mübarizəyə başlayacaq, üçü finala çıxacaqbackend

Üç güləşçimiz mübarizəyə başlayacaq, üçü finala çıxacaq

Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

KONKRET.az  xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

60 kq

1/16 final
Nihat Məmmədli – Kevin De Armas (Kuba)

72 kq

1/8 final
Ülvü Qənizadə – Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)

97 kq

1/16 final
Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)

Qeyd edək ki, bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi isə qızıl medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) finalda gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq. Rafiq Hüseynov (77) həlledici görüşdə İran idmançısı Əlirza Mohmadipiani ilə üz-üzə gələcək. Ötən gün yarımfinalda ermənistanlı güləşçi üzərində inaml qələbə qazanan (5:0) Sənan Süleymanov (77) isə finalda qırğısıztanlı Akjol Mahmudovla güləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*