UEFA Ermənistan millisini cəzalandırdıbackend

UEFA Ermənistan millisini cəzalandırdı

UEFA futzal üzrə Ermənistan milli komandasını cəzalandırıb.

KONKRET.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna DÇ-2024-ün seçmə mərhələsinin Finlandiya ilə ev matçında Ermənistan yığmasının heyətində bu ölkənin vətəndaşı olmayan braziliyalı legionerlərin meydana çıxması səbəb olub.

Məsələni araşdıran UEFA Ermənistan seçməsinə 0:5 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, sözügedən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*