UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.
KONKRET.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Ağdam təmsilçisi Avropa Liqasında pley-offa vəsiqə qazandığı və 1/8 final mərhələsinə yüksəldiyi üçün 1 milyon 700 min avro qazanıb.
Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.