“Ukrayna ABŞ-nin tələbindən İMTİNA ETDİ” – “The Economist”backend

"Ukrayna ABŞ-nin tələbindən İMTİNA ETDİ" - "The Economist"

“Ukrayna ABŞ-ın Rusiyadakı hədəflərə hücumları dayandırmaq tələblərini yerinə yetirməkdən imtina edib”.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı yazıb.

Bildirilir ki, Ukrayna onu Rusiya ərazisində yerləşən infrastruktur obyektlərinə hücumu dayandırmağa çağıran ABŞ-ın tələblərinə məhəl qoymur.

“Ağ Ev narazıdır. O, ukraynalıları zərbələri dayandırmağa çağırır… Hələlik Ukrayna amerikalıların zərbələri dayandırmaq məsləhətinə məhəl qoymur”, – nəşr qeyd edir.

Adı açıqlanmayan ukraynalı kəşfiyyatçı bildirib ki, hərbçilər Rusiya hədəflərinə hücumları dayandırmaq üçün təlimat almayıblar.

Nəşr onu da araşdırırb ki, Ukrayna Silahlı Qüvvələrinin Sibirdəki hədəflərə zərbə endirməklə üç min kilometrdən çox məsafə qət edə bilən pilotsuz təyyarələri var.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*