Ukrayna Belarusla vizasız rejimi LƏĞV EDİRbackend

Ukrayna Belarusla vizasız rejimi LƏĞV EDİR

Ukrayna Prezidenti Volodimir Zelenski Belarusla vizasız rejimin ləğvi ilə bağlı petisiyaya cavab olaraq hökumətə bu məsələyə baxmağı tapşırıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Belarusla vizasız rejimin ləğvi ilə bağlı elektron petisiyanı 25 339 vətəndaş dəstəkləyib.

“Hazırda Ukrayna Nazirlər Kabinetinə səlahiyyətlərinə uyğun olaraq elektron müraciətdə qaldırılan məsələlərə baxılması təklif olunub”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, hazırda Volın vilayətində bir məntəqə istisna olmaqla, Ukraynanın Belarusla sərhədində bütün keçid məntəqələri bağlıdır. Həmin məntəqədən isə yalnız Belarusdan qayıdan ukraynalılar keçir.

Qeyd edək ki, Ukrayna hökumətinin 26 fevral tarixli qərarı ilə ölkənin Belarusla sərhədi bağlanıb. Oktyabrın 11-də Zelenski G7 ölkələri liderlərinə Ukraynanın Belarusla sərhədində beynəlxalq müşahidəçi missiyasının yerləşdirilməsini təklif edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*