“Ukrayna işğal olunan ərazilərini geri qaytara bilməyəcək” – Çexiya Prezidentibackend

"Ukrayna işğal olunan ərazilərini geri qaytara bilməyəcək" - Çexiya Prezidenti

“Ukrayna Rusiya ordusunun işğal etdiyi əraziləri geri qaytara bilməyəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Çexiya prezidenti Petr Pavel deyib.

O bildirib ki, Ukrayna ən azından yaxın gələcəkdə Rusiyanı öz suveren ərazisindən tamamilə sıxışdırıb çıxara biləcək vəziyyətdə deyil:

“Buna görə də, demokratik ölkələr Kiyevə kömək etməlidir ki, danışıqlardan əvvəl mümkün olan ən yaxşı nəticəni əldə edə bilsin”, – deyə Petr Pavel əlavə edib.

O vurğulayıb ki, Rusiya sadə və ya zəif düşmən deyil, o özünü çox aqressiv və nadan aparır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*