Ukrayna silahlı qüvvələri Kursk vilayətinin Kurçatov şəhərini işğal etməyə çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Kursk vilayətinin qubernatoru Aleksey Smirnov yayıb.
Rusiya hərbi müxbirləri bildirirlər ki, Ukrayna ordusu Kursk-Rılsk vilayətində əsas magistrallardan birinə yaxınlaşır. Rusiya hakimiyyəti bu magistralda hərəkəti bağlayıb.
Rusiyanın Z-hərbi müxbiri Romanov deyir ki, Ukrayna Silahlı Qüvvələri magistral yolda FPV pilotsuz təyyarələri ilə Rusiya hərbçilərinə hücum edir. Beləliklə,
Ukrayna hərbçiləri Rusiya bölmələrini müntəzəm təchizatdan kəsmək istəyir.
Günel Mikayılova,
KONKRET.az