Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı F-16 təyyarəsinin qəzaya uğradığını və pilotun həlak olduğunu rəsmən təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bunun Rusiya qüvvələrinin raket hücumunu dəf edərkən baş verdiyi dəqiqləşdirilir.
“Növbəti hədəfə yaxınlaşma zamanı F-16 təyyarələrindən biri ilə əlaqə kəsilib. Sonradan məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot ölüb”, – Baş Qərargahın açıqlamasında bildirilir.
Günel Mikayılova,
KONKRET.az