Paşinyandan onlara sərt mesaj: “O qədər pulumuz olacaq ki…”backend

Paşinyandan onlara sərt mesaj: “O qədər pulumuz olacaq ki...”

Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərin pisləşməsi halında xammal qiymətlərinin artmasından ehtiyat etmir.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı tədbirdə bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistana yüksək qiymətlərlə təhdid etmək məntiqsizdir, çünki ölkə gələcəkdə daha çox gəlir əldə etməyi planlaşdırır.

“Ermənistanı yüksək qiymətlərlə hədələmək məntiqsizdir. Çünki bu cür təhdidlərə cavabımız var: bizim o qədər çox pulumuz olacaq ki, bu qiymətlər bizə baha görünməyəcək. Bu gün Ermənistan “Sülh Kəsişməsi”nə çevrilir. Bu isə o deməkdir ki, Ermənistan minlərlə və milyonlarla deyil, milyardlar və trilyonlar qazanan ölkəyə çevriləcək”, — deyə
Paşinyan vurğulayıb.

Baş nazir bildirib ki, ölkə regional nəqliyyat və iqtisadi əlaqələrin mərkəzinə çevrilməklə iqtisadi imkanlarını genişləndirməyi hədəfləyir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*