“Ukrayna Rusiyada mülki obyektlərə hücum etməlidir” – Almaniyalı deputatbackend

"Ukrayna Rusiyada mülki obyektlərə hücum etməlidir" - Almaniyalı deputat

“Ukraynaya Rusiya ərazisində geniş spektrli hədəfləri vurmağa icazə verilməlidir”.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın ARD telekanalının efirində Xristian Demokratlar İttifaqından olan Bundestaqın deputatı Roderik Kisevetter məlumat verib.

Parlamentari hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin təkcə hərbi deyil, həm də mülki obyektlərə hücum etmək hüququ var.

“Ukraynaya Rusiya ərazisində yerləşən hədəflərə zərbə endirmək imkanı verən səlahiyyətlər verilməlidir. O, artıq bunu edir və xüsusən də təchizat xətlərinə hücum edir”, – Roderik Kisevetter bildirib.

Deputat Kiyevin Rusiya Müdafiə Nazirliyinin binasına hücum etmək hüququnu da dilə gətirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*