Ukrayna Rusiyanın iki neft stansiyasını məhv etdibackend

Ukrayna Rusiyanın iki neft stansiyasını məhv etdi

İyunun 10-u gecəsi Ukrayna silahlı qüvvələri Vladimir bölgəsindəki iki “Transneft” neft nasos stansiyasına hücum edib.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, NASA-nın FIRMS peyk xidməti regional mərkəzin şərqindəki “Vtorovo” neft nasos stansiyasında və Moskva vilayəti ilə Sergiyev Posad sərhədi yaxınlığında yerləşən “Lobkovo” neft nasos stansiyasında yanğınlar qeydə alıb.

Regionun qubernatoru Aleksandr Avdeyev Kamenkovski və Aleksandrovski rayonlarında iki infrastruktur obyektində PUA hücumunun yanğına səbəb olduğunu təsdiqləyib.

Qeyd edək ki, Ukrayna monitorinq kanalları və “Astra” xəbər agentliyi “Vtorovo” stansiyasının məhv edildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*