Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilibbackend

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.

KONKRET.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini – müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib.

Vereşuk qeyd edib ki, bu dəfə 14 nəfər ukraynalı evlərinə qayıdıb. Onların arasında 7 hərbçi, 7 mülki şəxs də var.

“Bu mübadilə mənim üçün xüsusidir: hərbçi qadınlardan biri beş aylıq hamilədir”, – Vereşuk əlavə edib.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında sonuncu məhbus mübadiləsi aprelin 28-də baş tutub. Mübadilə zamanı 45 ukraynalı vətənə qayıdıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*