Ukrayna ordusu yenidən Belqorod vilayətinə hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya Ukrayna mətbuatında yer alıb.
Mənbə yazır ki, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Faktı vilayət qubernatoru Vyaçeslav Qladkov təsdiq edib.
RİA Novosti yazır ki, Belqorodda raket xəbərdarlığı siqnalı zamanı silsilə partlayışlar baş verib. Siren işə düşüb və bir neçə saniyə sonra silsilə güclü partlayış səsləri eşidilib.
Yerli sakinlərin verdiyi məlumata görə, şəhərdəki ticarət mərkəzlərindən birinin dam örtüyü yanır. Yaralıların olduğu deyilir.
Natiq Səlim,
KONKRET.az