Ukraynada 219 uşaq həlak olubbackend

Ukraynada 219 uşaq həlak olub

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri 219 uşaq ölüb, 404 uşaq yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“2022-ci il mayın 1-i səhər saatlarına olan məlumata görə, zərərçəkmiş uşaqların rəsmi sayı dəyişməyib – 219. Xəsarət alanların sayı artıb – 404”, – məlumatda deyilir.

Uşaqların ən çox xəsarət aldığı yerlər də açıqlanıb: Donetsk vilayətində – 139, Kiyevdə – 115, Xarkovda – 95, Çerniqovda – 68, Xersonda – 44, Nikolayevdə – 43, Luqanskda – 37, Zaporojyedə – 27, Sumıda – 17, Kiyevdə – 16, Jitomda – 15.

Qeyd olunur ki, aprelin 29-30-da Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk rayonunun Dobropillia, Drobışevo və Volnovaxski rayonunun Vremovka yaşayış məntəqələrini atəşə tutması nəticəsində 5 uşaq yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*