Rusiya-Ukrayna müharibəsində ilk iranlı əsir qeydə alınıb.
KONKRET.az “Əsr-e-İran”a istinadla xəbər verir ki, Əhvazdan olan 34 yaşlı fotoqraf Arəş Dərbəndi iş üçün Rusiyaya gedib və turist vizası ilə Sankt-Peterburqda çəkdiyi fotoqrafiya hesabına yaşayıb. O, küçədə polislə dalaşdıqdan sonra saxlanılıb. Fotoqrafı 3 ildən 5 ilə qədər həbs və ya Ukrayna müharibəsində icbari hərbi xidmət seçimi qarşısında qoyublar.
Hərbi təlim zamanı iranlı gənc güclü təzyiqlər, döyülmə və daimi təhdidlərlə üzləşib. Cəhbədə o, muzdluların ön xəttə göndərilməsinin şahidi olub. Bu vəziyyətdən xilas olmaq üçün Arəş Dərbəndi hətta özünə bilərəkdən xəsarət yetirib. “Rusiya qanunlarına görə, hərbi xidmət zamanı xəsarət alsanız, xidmətdən azad olunmalısan, amma bu, başıma belə gəlmədi”.
İlk əməliyyat tapşırığı zamanı Arəş Ukrayna PUA-sının zərbəsinə tuş gəlib. Sağ əli və sol gözü yaralanıb. 3 gün ərzində yaralı və hərəkətsiz qalıb, heç kim köməyinə gəlməyib.
Arəş Dərbəndini 2 ukraynalı əsgər onu taparaq xəstəxanaya aparıb.
