Ukrayna məhkəməsi Vladimir Solovyovun təbliğatçısı və silahdaşı Armen Qasparyanı əmlakı müsadirə olunmaqla qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
Qasparyan “denasifikasiyanın ideoloqu” adlandırılır, çünki bu termini populyarlaşdıran və onu Ukraynaya hücum kontekstində istifadə etməyə başlayan da elə o olub. Təhlükəsizlik xidməti həmçinin vurğulayır ki, Qasparyan 2018-ci ildə Ukrayna dövlətinin qurulmasının uğursuzluğu haqqında uydurma rəvayətləri təbliğ edən və Rusiya rəhbərliyini ölkəyə hücuma çağıran “Ukraynanın denasifikasiyası. Öyrənilməmiş dərslər ölkəsi” kitabını nəşr etdirib”. Bu əsərdəki tezislər cinayət işinin başlanmasına səbəb olub.
Qasparyan Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli bilinib: kütləvi şəkildə soyqırıma çağırışlar, habelə soyqırıma çağırışlarla materialların hazırlanması (442-ci maddənin 2-ci hissəsi), konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə və ya devirməyə və ya ələ keçirməyə yönəlmiş hərəkətlər, ərazi bütövlüyü və Ukrayna toxunulmazlığına qəsd.
Qeyd edək ki, 2023-cü ilin aprelində Putin Qasparyanı İctimai Palataya daxil edib. O, ilk növbədə Solovyovun silahdaşı kimi tanınır.
Günel Mikayılova,
KONKRET.az