Ukraynalı idmançı müğənni Ani Lorakın xəyanətindən danışdı – VİDEObackend

Ukraynalı idmançı müğənni Ani Lorakın xəyanətindən danışdı - VİDEO

Ukraynalı idmançı Liliya Podkopayeva Rusiya-Ukrayna müharibəsindən sonra yaşamaq və işləmək üçün Moskvada qalan və müharibə barədə bir kəlmə belə danışmayan müğənni Ani Lorakın (Əsl adı Karolina Miroslavovna Kuekdir. 1978-ci ildə Ukraynanın Çernovçı vilayətinin Kiçman şəhərində dünyaya gəlib) xəyanətindən danışıb.

KONKRET.az “glavred.info”ya istinadən xəbər verir ki, bu barədə Liliya Podkopayeva “Slava +” proqramına müsahibəsində danışıb.

Onun sözlərinə görə, nə Ani Lorak, nə də onun nümayəndəsi heç bir açıqlama verməyib.

“Mən gözləyirdim ki, bu qədər pərəstişkarı olan bir şəxs “qalxan” olacaq. Müharibədə uşaqlar hər gün ölür və biz analar buna dözə bilmirik”, – idmançı qeyd edib.

“Ani Lorak susqunluğuna həmişə haqq qazandırmağa çalışıb, lakin belə məqamda heç bir bəhanə ola bilməz. Mənim üçün bu çox ağrılı mövzudur, çünki uzun illərdir ki, dostuq edirdik. O, mənim ən yaxşı dostum idi. Qızıma adını qoyduğum adamdır. O, şəxsən məni öldürdü. Maskasının çıxarıldığını hamı gördü”,- deyə o vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ani Lorak Rusiyada yaşayan erməni müğənni Filip Kirkorovun böyük oğluna həsr olunmuş ziyafətdə iştirak etmişdi. Yeri gəlmişkən, Kirkorov Putinin Ukrayna ilə bağlı siyasətinə qarşı çıxan və İsrailə köçən şoumen dostu Maksim Qalkin və onun müğənni həyat yoldaşı Alla Puqaçovanın müdafiəsinə qalxıb.

Qeyd edək ki, Ani Lorak 15 avqust 2009-cu ildə “Turtess Travel” turoperatorunun sahiblərindən biri, Türkiyə vətəndaşı Murat Nalçacıoğlu ilə evlənib və 31 yanvar 2019-cu ildə rəsmi olaraq boşanıb. Cütlüyün Sofiya adlı 11 yaşlı qızları var. Uşağın xaç suyuna salınması mərasimi 7 aprel 2012-ci ildə Kiyev şəhərində baş tutub. Xaç atası Filip Kirkorov, xaç anası isə Ukrayna Ali Radasının deputatı İrina Berejnaya olub.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*