Ukraynalı jurnalistin Qazaxıstanla bağlı yeni videosu: TƏXRİBAT, yoxsa REALLIQ? – ƏTRAFLIbackend

Ukraynalı jurnalistin Qazaxıstanla bağlı yeni videosu: TƏXRİBAT, yoxsa REALLIQ? - ƏTRAFLI

Sosial şəbəkələrin Qazaxıstan seqmentində ukraynalı jurnalist Dmitri Qordonun videosu yayılıb və bu, birmənalı qarşılanmayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ukraynalı jurnalist qazaxlara Rusiya silahlı qüvvələrinin uzunmüddətli hərbi münaqişə nəticəsində tükəndiyini deyir və Qazaxıstanı işğal etmək üçün heç bir yol olmadığını vurğulayır. Elə buna görə də, qazaxları Ukraynaya təşəkkür etməyə çağırır.

Dmitri Qordon Rusiya rəhbərliyinin Qazaxıstana hərbi müdaxilə ilə bağlı planları haqda da danışır və Kremlin belə niyyətinin çox olduğunu dilə gətirir. Qeyd edək ki, üç il əvvəl Qordon qazaxlara Ukraynaya yox, Çinə təşəkkür bildirməyi təklif etmişdi. Ukraynalı jurnalist Qazaxıstanın sırf Çinin himayəsində olduğu üçün Rusiyanın bu ölkəyə hücum etmədiyini deyirdi.

Lakin faciəli “Yanvar hadisələri” zamanı Qordon öz baxış bucağını dəyişdi. O, Rusiyanın KTMT qoşunlarının məhdud kontingentini Qazaxıstandan çıxarmayacağını və bununla da faktiki olaraq ölkə ərazisinin bir hissəsini işğal etməyə çalışacağını bildirdi. KTMT kontingentinin Qazaxıstandan çıxarılmasından bir gün əvvəl isə jurnalist prinsipcə belə bir geri çəkilmənin baş verəcəyinə inanmadğını dilə gətirdi.

Qordon kimi məşhur jurnalistlər də yanıla və yanlış yolda ola bilirlər. Məsələn, o, əvvəllər Nursultan Nazarbayevə zəng edərək Qazaxıstanın iqtisadi uğurlarına heyran olduğunu deyib, ölkəni idarə etmək təcrübəsinin öyrənilməsini təklif edib. Amma Qordon bilməliydi ki, “Nazarbayev rejimi”nin uğurlu dövləti oliqopoliya və kleptokartiya mexanizminə əsaslanıb. Onun yeganə məqsədi isə çox məhdud bir dairənin zənginləşdirilməsi olub. Yəni burada prezidentin qohumları və onun yaxın ətrafının bir hissəsi nəzərdə tutulub.

Lakin Qordonun qazaxları Ukraynaya təşəkkür bildirməyə dəvət etdiyi yeni videonun ilk növbədə Qazaxıstanın milli vətənpərvərləri arasında geniş yayıldığını nəzərə alsaq, bu dəfə ukraynalı jurnalistin yanılmadığını deyə bilərik. Çünki Qordonun bəyanatı bir növ qəsdən hazırlanan təxribatdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*